Blinken: Fələstində çox sayda uşaqlar öldürülüb

Blinken: Fələstində çox sayda uşaqlar öldürülüb
DÜNYA
15:36 07.01.2024
142
ABŞ dövlət katibi Antoni Blinken Qəzzada bir çox insanın əsas ehtiyaclara çatmaqda çətinlik çəkməyə davam etdiyini və bölgədəki vəziyyətin ciddi olaraq qaldığını bildirib. 

AZXEBER.COM xəbər verir ki, Antoni Blinken sosial media platforması "X” hesabında bir video paylaşaraq Qəzzada son vəziyyəti dəyərləndirib. 

Blinken bölgədəki tərəfdaşları ilə Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərqə səfər etdiyini qeyd edib: 

"Bunlar asan dialoqlar deyil, lakin həm Qəzzanın gələcəyi, həm də Qəzzanın gələcəyi üçün bu diplomatiyanı indi həyata keçirməyimiz çox vacibdir”.

2023-cü il oktyabrın 7-dən etibarən 4-cü dəfə bölgəyə getdiyini bildirən Blinken ilk gündən münaqişənin yayılmasının qarşısının alınmasına diqqət ayırdıqlarını bildirib.

Səfəri çərçivəsində tərəfdaşları ilə münaqişənin yayılmasının qarşısını almaq üçün nələrin görülə biləcəyini müzakirə edəcəklərini vurğulayan Blinken mülki şəxslərin müdafiəsi, humanitar yardımların artırılması və qalan əsirlərin azad edilməsi məsələlərini müzakirə edəcəklərini qeyd edib.

Blinken deyib: "Qəzzada kişi, qadın və uşaqların vəziyyəti ciddi olaraq qalır. Çoxlu fələstinli, xüsusilə də uşaqlar öldürülüb. Çox sayda insan qida, su, dərman və həyatın əsas ehtiyaclarına çatmaqda böyük çətinliklərlə üzləşməyə davam edir". 

Ayşən
OXŞAR XƏBƏRLƏR