ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Görüşün əsas mövzuları Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcıları tədarükü olacaq.
Çavuşoğlu görüşdən əvvəl bildirib ki, Türkiyə NATO-nun "açıq qapı" siyasətini hər zaman dəstəkləyir. Bununla belə, nazir ölkəsinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı narahatlığının olduğunu bildirib.
///Report