BMT baş katibi Türkiyədədir

BMT baş katibi Türkiyədədir
DÜNYA
23:37 21.07.2022
363
BMT baş katibi Antoniu Quterreş Türkiyəyə səfər edib.

AZXEBER.COM xəbər verir ki, baş katib artıq İstanbuldadır.

Quterreş iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması sazişinin imzalanma mərasiminə qatılacaq.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

İmzalanma mərasimi İstanbulun Dolmabahçe sarayında keçiriləcək.
OXŞAR XƏBƏRLƏR