BMT-dan xəbərdarlıq: Nüvə silahları açıq təhlükə yaradır

BMT-dan xəbərdarlıq: Nüvə silahları açıq təhlükə yaradır
DÜNYA
12:58 06.08.2024
121
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres nüvə silahlarının açıq-aşkar təhlükə yaratdığı barədə xəbərdarlıq edib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Antonio Quterres Xirosima və Naqasakinin atom bombalarının ildönümündə bəzi ölkələrin xəbərdarlıqlara baxmayaraq nüvə silahından istifadə ilə təhdidlərini davam etdirdiyinə diqqət çəkib.
 
O, beynəlxalq ictimaiyyətin bu qəbuledilməz davranışı qınamalı olduğunu vurğulayıb. 

Baş katib nüvə silahı açıq təhlükə yaradır və onlardan istifadə fəlakətli nəticələrə səbəb olacağı haqda xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ 6 avqust 1945-ci ildə Xirosimaya, 9 avqustda isə Naqasakiyə atdığı atom bombaları ilə 210 minə yaxın insanın ölümünə səbəb olub.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR