BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub
DÜNYA
19:27 29.12.2023
238
Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanı atəşə tutulub.

Bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin anklavdakı rəhbəri Tomas Uayt deyib.

"İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsindən qayıdan humanitar karvanı atəşə tutublar”, - o bildirib.

Qeyd edilib ki, mərmilər nəticəsində xəsarət alan olmasa da, bir maşına ziyan dəyib: "Humanitar işçilər heç vaxt hücuma məruz qalmamalıdır".

İsrail tərəfi hələlik bu insidentlə bağlı şərh verməyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR