BMT nümayəndəsi: 'Suriya hissə-hissə dağılır'

DÜNYA
10:41 30.01.2013
1116
Suriya hissə-hissə dağılır. Bunu BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Laxdar Brahimi bəyan edib. BMT Təhlükəsizlik Şurasında çıxış edən Brahimi Suriyadakı münaqişənin ən son zorakılıq həddinə çatdığını deyib."Bunun məsuliyyəti həm Bəşər Əsəd hökumətinin, həm də silahlı müxalifətin üzərindədir. Obyektiv olaraq, onlar Suriyanın dağılmasında bir-birlərinə kömək edirlər. Suriya hissə-hissə dağılır", - deyə, Suriya üzrə xüsusi səfir bildirib.Laxdar Brahimi bu bəyanatı Suriyanın Hələb şəhərində kütləvi qətl qurbanı olduğu ehtimal edilən onlarla insanın meyidi aşkar edildikdən bir neçə saai sonra verib.

OXŞAR XƏBƏRLƏR