Birləşmiş Millətlər Təşkilatı Suriyada humanitar böhranın kritik həddə çatması ilə bağlı həyəcan təbili çalır. Təşkilatın məlumatına əsasən hər gün ölkəni 3 minədək adam tərk edir, onların yarısı azyaşlı uşaqlardır.
BMT əməkdaşları indiyədək 650 minədək suriyalı qaçqın qeydə alıblar. Təşkilatın proqnozlarına görə, yarım ildən sonra bu rəqəm iki dəfə arta bilər.
BMT qaçqınların sayının sürətlə artmasından və onlara yardım məqsədi ilə maliyyə vəsaitlərini əldə etmək imkanlarının məhdud olmasından böyük narahatlıq keçirir.