Üst tənəffüs yolları xəstəliklərinin yan təsiri ola bilən boğaz ağrıları badamcıqlardakı problemlərdən də yarana bilər.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ani boğaz ağrısı son zamanların ən çox rast gəlinən şikayətlərindən biridir. Bədəndə iltihabın boğazda yığılması nəticəsində yaranan qıcıqlanma boğaz ağrısına yol açır.
Boğaz ağrısı yuxarı tənəffüs yollarının xəstəlikləri və ya oradakı sağlam quruluşa zərər verən boğazda iltihab nəticəsində yarana bilər.
Udqunmağı və danışmağı çətinləşdirən bu problem yarandıqda, ən qısa zamanda ondan xilas olmaq istəyirik.
Boğaz ağrısını aradan qaldırmaq üçün ən təbii üsul müəyyən olunub. Bu təbii üsullardan kömək ala bilərsiniz:
Limonun müxtəlif sağlam qidalarla qarışdırılmasının təbii üsulları bədəndə iltihab və infeksiyanın qarşısını alır və boğaz ağrısı kimi simptomların riskini azaldır.
Boğaz ağrısını aradan qaldırmaq üçün əvvəlcə yarım limonun suyunu bir stəkan qaynar suya sıxın. Sonra qarışığa bir parça təzə zəncəfil və 1 qaşıq bal əlavə edin.
Bu qarışığı hər səhər hazırlayıb qurtum-qurtum içib faydalarından yararlana bilərsiniz. Bu üsulla qısa müddətdə boğaz ağrılarından xilas olacaqsınız.
Oksana