“Boeing” aviaşirkətlərə təyyarələrdəki yeni problem barədə məlumat verdi

“Boeing” aviaşirkətlərə təyyarələrdəki yeni problem barədə məlumat verdi
DÜNYA
21:38 16.03.2024
176
"Boeing” aviaşirkətlərə "Boeing 787 Dreamliner” təyyarələrində pilot oturacaqlarına quraşdırılmış avadanlığın blokajını sınaqdan keçirməyi tövsiyə edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

Qəzetin yazdığına görə, buna səbəb Cənubi Amerikanın "Latam Airlines” məxsus təyyarədə baş verən insident olub. Belə ki, pilotun oturacağında avadanlıq bloklanıb və təyyarə kəskin enməyə başlayıb.

"Latam Airlines” hava yollarına aid hava gəmisində stüardessa pilotun oturacağının arxa hissəsində yerləşən, adətən bağlı olan və uçuş zamanı istifadə üçün nəzərdə tutulmayan açarı işə salıb. Bu, oturacağın qəfil tərpənməsinə və pilotun sükan üzərində idarəetməni qısa müddətə itirməsinə səbəb olub.

"WSJ” mənbəsi belə bir hissənin hazırda təxminən "375 Boeing 787” təyyarəsində tapıldığını dəqiqləşdirib. "Latam Airlines” nümayəndəsi rəsmi araşdırmanın tamamlanmasını gözləyərkən şərh verməkdən imtina edib.
Hadisə martın 11-də baş verib. Uçuşda olan sərnişinlərin "Radio New Zealand”a verdiyi məlumata görə, təyyarə uçuş zamanı kəskin şəkildə aşağı düşüb və təhlükəsizlik kəməri taxmayan sərnişinlər tavana qədər uçublar.

Ümumilikdə, təyyarənin göyərtəsində olan azı 50 nəfər xəsarət alıb, 12 nəfər enişdən sonra xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi