Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. Azərbaycan Boks Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, yarışın dördüncü günündə də püşkə əsasən Azərbaycan və Ermənistan idmançıları rinqə çıxmalı olublar. 70 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Koryun Papoyanı 18:12 hesabı ilə məğlub edib.Qeyd edək ki, bu artıq qitə birinciliyində boksçularımızın erməni rəqibləri üzərində 4-cü qələbəsi olub. Buna qədər Elnur Şəfizadə, Məhəmmədəli Tahirov və Orxan Əliyev Ermənistan boksçularını məğlub etmişdilər. Digər idmançılarımıza gəlincə, Cavid Quliyev (60 kq) Belarus nümayəndəsi Vitali Fyodorov üzərində 15:7 hesabı ilə qələbə qazanıb. Bu qələbə boksçumuzun ¼ finala yolunu açıb.