İyunun 29-da - "Minsk 2019" ikinci Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan boksçusu Loren Alfonso Domingez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, oyunlarda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittaker ilə qarşılaşıb.
Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn boksçumuz "Minsk 2019"da komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.