Bolqarıstan üç ildə yeddinci dəfə seçki keçirəcək - Hökumət qura bilmir

Bolqarıstan üç ildə yeddinci dəfə seçki keçirəcək - Hökumət qura bilmir
DÜNYA
16:51 05.08.2024
123
Hökumətin qurulması mümkün olmayan Bolqarıstanda xalq 3 il ərzində yeddinci dəfə seçki keçirəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ITN Parlament Qrupunun sədri Toşko Yordanov sədrlikdə keçirilən mərasimdə parlamentdəki bütün siyasi partiyalarla danışıqlar apardıqlarını, lakin hökuməti qurmaq üçün lazımi dəstəyi tapa bilmədiklərini bildirib.
 
Ölkədə keçirilən son seçkilərdən sonra keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) Partiyası və Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) Alyansı hökumət qura bilməyib.
 
Erkən seçki tarixi təyin olunmadan müvəqqəti hökumətin qurulması üçün çalışacaqlarını vurğulayan Radev parlamentin sədri Raya Azaryanı müvəqqəti baş nazir olmağa razı salmağa çalışacağını bildirib.

Bolqarıstandakı siyasi müşahidəçilər yeni növbədənkənar ümumi seçkilərin oktyabrın 6 və ya 13-də keçirilə biləcəyini iddia edirlər.

Qeyd edək ki, iyunun 9-da keçirilən növbədənkənar ümumi seçkilərdə iştirak nisbəti 34 faiz olaraq qalıb.
 
Sonuncu növbədənkənar seçkilərdə iştirakın daha da aşağı olacağı gözlənilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR