Bolqarıstanda sürücü avtobusu Ukrayna vətəndaşlarının üstünə sürdü

Bolqarıstanda sürücü avtobusu Ukrayna vətəndaşlarının üstünə sürdü
DÜNYA
18:08 22.04.2026
238
Bolqarıstanda sürücü avtobusu Ukrayna vətəndaşlarının üstünə sürüb.

"Novinite”nin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumata görə, ağır yol qəzası Bolqarıstanın Burqas–Malko Tarnovo avtomobil yolunda - Türkiyə sərhədinə yaxın ərazidə qeydə alınıb.

İlkin məlumata görə, Ukrayna vətəndaşı olan 37 sərnişini daşıyan avtobus yanacağı qurtardıqdan sonra dayanıb. Sərnişinlər nəqliyyat vasitəsinin arxasına toplaşdıqdan sonra avtobus gözlənilmədən geriyə doğru hərəkət etməyə başlayıb.

Avtobusun daha sonra yol kənarındakı xəndəyə düşdüyü bildirilib.
OXŞAR XƏBƏRLƏR