27 yaşlı kişi boşanma mərhələsində olduğu qadının ayağından atəş açıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Kırıkkale bölgəsində baş verib.
Alınan məlumatlara görə, B.D. (27 yaş) adlı şəxs boşanma prosesində həyat yoldaşı C.D. (22 yaş) adlı şəxslə evdə aralarında mübahisə ediblər.
Mübahisənin artması B.D. özündə saxladığı tapança ilə həyat yoldaşını vurub.
Hadisə yerinə tibbi və polis briqadaları göndərilib. Hər iki ayağından xəsarət alan qadın təcili yardımla xəstəxanaya aparılıb.
Məlum olub ki, müalicə olunan qadının səhhəti yaxşıdır.
Polis əməkdaşları hadisə yerindən qaçan şübhəlini tutmaq üçün işə başlayıblar.