Boşanma zamanı bıçaqlanan vəkillə bağlı - Açıqlama

Boşanma zamanı bıçaqlanan vəkillə bağlı -  Açıqlama
Bütün Xəbərlər
11:40 26.08.2015
711

Gəncə şəhər xəstəxanasının baş həkimi Azad Quliyev məhkəmə prosesi ilə bağlı bıçaqlanan Vəkillər Kollegiyasının üzvü Xatirə Cəbrayılın səhhəti barədə danışıb.

O,  açıqlamasında bildirib ki, X. Cəbrayılın səhhəti qənaətbəxşdir: “O ayaqda sol budundan, sağ qolundan və sağ tərəfdə döş qəfəsindən bıçaq zərbələri almışdı. Hazırda səhhəti sağalmağa doğru gedir. Biz onu nəzarətdə saxlayırıq. Amma nə vaxt istəsə, evə buraxa bilərik”.

Xatıqladaq ki, ötən gün Nizami rayon Məhkəməsində baş tutan ər-arvad boşanması məhkəmə prosesindən sonra mübahisə baş verib. Prosesdə vəkil Xatirə Cəbrayıl qadın tərəfini müdafiə edib və məhkəmə onların lehinə qərar verib. Qarşı tərəf məhkəmədə uduzduğu üçün X. Cəbrayıla 6 bıçaq zərbəsi endirib.

//qafqazinfo

OXŞAR XƏBƏRLƏR