Bosniya və Herseqovinada sel fəlakəti 5 can aldı

DÜNYA
15:12 04.10.2024
256
 
Bosniya və Herseqovinada yağan güclü yağışlar Yablanitsa, Konjiç, Fojnitsa və Kresevo şəhərlərində daşqınlara səbəb olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, daşqından ən çox zərər çəkən Yablanitsada sürüşmə səbəbindən bir çox yollar bağlanıb. Şəhərdə tarixi bir məscid tamamilə su altında qalıb.

Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə Heyətindən (FCUZ) edilən açıqlamada 5 nəfərin həyatını itirdiyi qeyd edilib. Çoxlu sayda itgin var. 

Seldən zərər çəkmiş ərazilərdə məktəblər bağlanıb, ictimai nəqliyyaın bir müddət xidmət göstərməyəcəyi qeyd edilib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR