ATV-də yayımlanan “Bozbash pictures” uzun fasilədən sonra efirə qayıdır.Yay mövsümündə sonuncu buraxılışı yayımlanan teletamaşa bu gün saat 21:40-da yeni bölümləri ilə ekrana gələcək.Bu haqda “Gün üzü” verilişinə qonaq olan, tamaşada “Şirin” obrazını canlandıran aktyor Nicat Rəhimov deyib:
“Bu gündən yenidən efirdəyik. Maraqlı anlar olacaq”.
Qeyd edək ki, canlı efirdə müğənni Rəqsanə İsmayılova ilə N.Rəhimov arasında narazılıq yaranıb. Belə ki, sənətçi “Sizi Moskvaya aparan mən oldum. Amma “Bozbash pictures”in anonsuna başqalarını çəkirsiniz. Mənim mahnılarımdan istifadə edib, özümü çağırmırsınız”, - deyə şikayətlənib.//axsam.az