Braziliyanın cənub bölgəsində yaranan qasırğa nəticəsində 22 nəfər həyatını itirib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, qasırğa daşqınlara və torpaq sürüşməsinə səbəb olub, bir çox şəhərlərə təsir edib.
Bölgədə fövqəladə vəziyyət elan edilib və minlərlə insan təxliyə edilib. Region qubernatoru Eduardo Leite misli görünməmiş bir fəlakət yaşandığını deyib.
Sosial mediada əks olunan görüntülərdə evləri su altında qalan vətəndaşların damlara çıxaraq kömək gözlədiyi görülüb.
Digər tərəfdən, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva qasırğa nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Mikayıl