AZXEBER. COM xəbər verir ki, qəza Baiyanın cənub hissəsindəki Mukuri bələdiyyəsi ərazisində baş verib.
Federal Yol Polisi (PRF) avtomobil və pikapın toqquşması nəticəsindı 10 nəfərin öldüyünü təsdiqləyərək bildirib ki, 11-ci şəxs ağır xəsarət alıb və Espirito-Santodakı xəstəxanaya aparılıb. Lakin bir neçə saat sonra "Ecovias Capixaba" operativ əməliyyatlar mərkəzi sonuncu yaralının xəstəxanada müalicə aldıqdan sonra öldüyünü əlavə edib.
Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yanıb; sərnişinlərin şəxsiyyətini müəyyən etmək üçün DNT testi tələb olunacaq.
Müvafiq qurumlar hadisənin başvermə şəraitini araşdırır.
/report









































