22:20 çərşənbə Axşamı, 13 Noyabr 2018
İDMAN

"Braziliyadan başqa, dünya çempionatında bizdən daha yaxşı komanda görmədim"

23:47, 04.07.20188218
İtaliya millisinin baş məşqçisi Roberto Mançini Rusiyada keçirilən dünya çempionatının gedişatını dəyərləndirib.
 
İtaliyalı mütəxəssis yığmasının oyun mənasında mundialda iştirak edən komandalardan sadəcə Braziliyadan geri qaldığını deyib:

"Braziliya istisna olmaqla, dünya çempionatında izlədiyim oyunlarda bizdən daha yaxşı olan komandaya rast gəlmədim. Ona görə də, italiyalılar mənə yığmanın Rusiyada bir çox komandanı üstələyə biləcəyini deyəndə onlarla razılaşıram. İtaliyasız dünya çempionatını izləmək üzücüdü".

Roberto Mançini həmçinin İtaliya millisinin gələcəyə dair planlarına da toxunub: "Ancaq hər şey insanların dediyi kimi pis deyil. Dünya çempionatında iştirak etməmək bizdə şok təəssüratı yaratdı, ancaq millinin oyunçuları gəncdilər. Əlimdə oynamağa can atan komanda var. Ümid edirəm ki, daim oynamaq imkanı əldə edəcək və növbəti iki il ərzində çox artıracaqlar. Avro-2020-yə vəsiqə qazanmağa çalışmalı və sonda zəfər qazana biləcək komanda formalaşdırmalıyıq. Ancaq bundan sonra növbəti dünya çempionatı haqqında düşünə bilərik".

Qeyd edək ki, İtaliya millisi DÇ-2018-nin təsnifat mərhələsinin pley-off etapında İsveçə uduzaraq, mundialdan kənar qalmışdı.
 
///apasport.az
XƏBƏR LENTİ