Brilliant Dadaşova Türkiyədə əlil uşaqlar üçün oxudu - FOTO

MAQAZİN
11:12 09.04.2012
2083

Türkiyə Ömürlük Əlillər Dərnəyi tərəfindən hər il təşkil olunan Beynəlxalq Gülən Uşaq Şənliyi keçirilib.

  AZXEBER.COM-un verdiyi xəbərə görə, şənlikdə Azərbaycan da daxil olmaqla 10 ölkədən 200 və Türkiyədən 150 uşaq iştirak edib. Şənlik boyu bir həftə ərzində müxtəlif tədbirlərdə iştirak edən və İstanbul macərası yaşayan əlil uşaqlar üçün təşkil olunan konsertdə xalq artisti Brilliant Dadaşova da çıxış edib. Türkiyədə “Yaxşı gözəl” adı ilə tanınan xalq artisti Beynəlxalq Gülən Uşaq Şənliyində qüsurlu uşaqlarla maraqlanıb, Azərbaycandan olan uşaqlar üçün mini konsert verib. Xalq artisti ehtiyacı olan əlil uşaqlardan ikisinə əlil arabası hədiyyə edib. Konsertdə Brilliant Dadaşova ilə bərabər bir sıra tanınmış Türkiyə müğənniləri də çıxış edib. Şənlikdən sonra uşaqlar öz ölkələrinə yola salınıb. Onu da əlavə edək ki, Brilliant Dadaşova Türkiyədə növbəti albomu üzərində çalışır. Bu, müğənninin qardaş ölkədə çıxardığı sayca ikinci albomu olacaq.

OXŞAR XƏBƏRLƏR