Brilliant İnstaqram izləyicilərini "kartof" adlandırdı

Brilliant İnstaqram izləyicilərini "kartof" adlandırdı
MAQAZİN
13:23 22.01.2019
5821
"Çox gülürəm bunlara. Bir uşaq şəklinə, xoşum gələn nəyəsə rəy yazıram. Mənə tənqid yazanlar bəyənənlərdir. Yazırsa, demək çox xoşuna gəlir. Kartofu, kökü kiloqramla satırlar. Amma brilyantı tək alırsan. Kiloqramla satılanlar da, tək satılanlar da var".

Bu sözləri xalq artisti Brilliant Dadaşova "Şou news" verilişində deyib. Müğənni sosial şəbəkədə ona yazılan mənfi rəylərə münasibət bildirib. Dadaşova ona tənqid yazan izləyicilərini kartof adlandırıb. 

İfaçı formada qalma sirlərini izləyiciləri ilə bölüşəcəyini bildirib:

"Özəl heç nə etmirəm. Bu yaxınlarda nə yeyib, nə içdiyimi İnstaqrama qoymağa. Xanımlar çox yazırlar. Bilmirəım, yerinə yetirəcəklər, ya yox. Gözəllik nisbidir. Gözəl insan hər şeyi də gözəl görür".

Qeyd edək ki, Dadaşova bir müddət əvvəl qısa ətəkdə fotolarını paylaşmış və tənqid edilmişdi.
 
///Axşam.az
 

OXŞAR XƏBƏRLƏR