Britaniya MN: "Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb"

Britaniya MN: "Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb"
DÜNYA
09:43 25.04.2022
420
Rusiya Müdafiə Nazirliyi ölən hərbi qulluqçuların ailələrinə təzminat ödəmələrinə mülki məmurlar deyil, hərbçilər tərəfindən nəzarət edilməsini təklif edib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yazılıb.

"Bu, çox güman ki, Rusiyanın itkilərin real miqyasını gizlətmək istəyi ilə bağlıdır. Rusiya Mariupoldakı Azovstal polad zavoduna hücum etmək əvəzinə, oranı mühasirəyə alır. Bu, o deməkdir ki, şəhərdə xüsusi fəallıq yoxdur. Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb. Biz beynəlxalq müttəfiqlərimizlə birlikdə Ukraynanı dəstəkləməkdəyik. Britaniya hökuməti Ukraynaya iqtisadi, humnaitar və müdafiə xarakterli hərbi yardım göstərir. Həmçinin biz Rusiya və Belarusa əlavə sanksiyalar tətbiq edirik”, - paylaşımda bildirilib.
OXŞAR XƏBƏRLƏR