Britaniya ştammı təhlükəsi - Yoluxmamaq üçün bunu mütləq edin!

Britaniya ştammı təhlükəsi - Yoluxmamaq üçün bunu mütləq edin!
SOSİAL
10:14 18.03.2021
336
"Karantin tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə aid məsələdir. Mütəxəssislər monitorinq aparırlar və bunun əsasında həm tibbi, həm də iqtisadi göstərişlərə görə, müəyyən qərarlar verirlər. Koronavirusa yoluxma sayı artdıqca bu məsələ gündəmə gəlir və müzakirə olunur".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu günə qədər necə qorunmuşuqsa, eyni qayda üzrə qorunmalıyıq: "Sadəcə olaraq bir qədər də diqqətli və məsuliyyətli olmalıyıq. Karantin qaydaları sərtləşdirilərkən təmaslar azalır. Bunu elə əvvəldən özümüz də edə bilərik. İşimizi elə planlaşdıraq ki, artıq yerə özümüzü riskə atmayaq və təmasda olmayaq. Əgər bu təmaslar mümkün olmayacaqsa, onda qaydalara elə əməl edək ki, fərdi qoruyucu vasitələr bizi qorusun.

Baş infeksionist həmçinin vaksinasiya prosesinin vacibliyini də vurğulayıb: "Azərbaycanda tətbiq olunan vaksin (CoronaVac) illərlə oturuşmuş texnologiya üzərində əldə olunduğuna görə yan təsirləri bəllidir. Ölkədə yarım milyona yaxın insanın peyvənd olunmasına baxmayaraq hər hansı tutarlı ağır reaksiya hallarına rast gəlinməyib".

Qeyd edək ki, Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı var. Bu barədə "Report”a tibb sahəsindən olan mənbələrdən bildirilib. Koronavirusun Britaniya ştammı daha təhlükəli, sürətlə yayılan, ağır keçirilən sayılır. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"