Britaniyadan İsrailə: "Sakitliyi təmin edin"

Britaniyadan İsrailə: "Sakitliyi təmin edin"
DÜNYA
11:54 17.04.2024
123
Londonun verdiyi açıqlamada mülki şəxslərə qarşı zorakılıq hərəkətlərinin qəbuledilməz olduğu bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İordan çayının qərb sahilində qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində gərginlik artıb.

İngiltərədən verilən açıqlamada İsraildən bölgədə sakitliyi təmin etməsi istənilib.

Ölkənin Xarici İşlər Nazirliyi Təl-Əvivi zorakılıqları şəffaf şəkildə araşdırmağa və bölgədə sakitliyi təmin etməyə çağırıb. 

Nazirlikdən verilən açıqlamada İordan çayının qərb sahilində son üç gündə baş verən zorakılıq hadisələrinin şok və həyəcan verici səviyyədə olduğu bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR