Britaniyanın baş naziri: Müsəlman icmalarına qarşı hücumlar cavabsız qalmayacaq

Britaniyanın baş naziri: Müsəlman icmalarına qarşı hücumlar cavabsız qalmayacaq
DÜNYA
11:33 06.08.2024
97
"Ölkədə ekstremistlərin məscidlərə və müsəlman icmalarına qarşı hücumlarına dözməyəcəyik".

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Keir Starmer deyib.
 
Starmer ölkədəki xaosla əlaqədar bu səhər fövqəladə Nazirlər Kabinetinin (COBRA) iclasını keçirdiklərini söyləyib.

Starmer bir neçə gün ərzində gördüyü işlərə görə polisə təşəkkür edib, yaralanan polis məmurlarına şəfa diləyib.

COBRA toplantısında bir sıra qərarların qəbul edildiyini bildirən Starmer ilk növbədə ekspert dövlət məmurlarından ibarət daimi ordunun yaradılacağını və beləliklə, bu cür hadisələrlə mübarizə aparmaq üçün lazım olan yerlərdə kifayət qədər dövlət qulluqçusunun olacağını qeyd edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR