Brüsseldə fermerlər traktorlarla Avropa İttifaqına qarşı etiraz aksiyasına çıxdılar

Brüsseldə fermerlər traktorlarla Avropa İttifaqına qarşı etiraz aksiyasına çıxdılar
DÜNYA
03:38 19.12.2025
127
Belçikanın Brüssel şəhərində fermerlərin etiraz aksiyası zamanı baş vermiş iğtişaşlar nəticəsində 10-a qədər insan yaralanıb, iki nəfər həbs edilib.

Bu barədə məlumatı RTBF telekanalı polis nümayəndələrinə istinadən verib.

Məlumata əsasən, aksiyada ümumilikdə təxminən 8 000 nəfər iştirak edib, 1 000-dən çox traktor cəlb edilib.

Toqquşmalar zamanı polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Etirazçılar təkərləri yandırıb, polisə butulkalar atıblar.

Fermerlər "Avropanın kənd təsərrüfatı modelini öldürən" Avropa Komissiyasının siyasətinə qarşı etiraz ediblər. Etirazçılar heç bir nəticə əldə etmədən aksiyanın keçirildiyi yeri tərk etməyə başlayıblar.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR