Bu adamın ‘facebook’ profilini dağıdan hakerə inanılmaz hədiyyə - 10 000 dollar
MARAQLI
15:23 21.08.2013
4709
Facebook sosial şəbəkəsində boşluq aşkarlayan haker Xəlil Şritex 10 min dollar hədiyyə alacaq. Bu hədiyyəni onun üçün haker həmkarları toplayacaqlar.Qeyd edək ki, Xəlil Şritex bir neçə gün əvvəl Facebook sosial şəbəkəsində zəiflik olduğunu açıqlamışdı. Bu zəiflik sayəsində Facebook-da başqasının adından statuslar yazmaq mümkündür.Bu faktı aşkar edən Xəlil Facebook-un texnikləri ilə əlaqə saxlayıb. Sosial şəbəkənin mütəxəssisləri deyiblər ki, bu, zəiflik deyil. Bundan sonra öz sözlərini təsdiq etmək üçün Xəlil Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin adından post yerləşdirib."Bağışla ki, sənin səhifəndəki yazıların qaydalarını pozuram. Ancaq mənim Facebook komandasına göndərdiyim məktublardan sonra başqa yolum qalmadı", - Xəlil Facebook-un baş direktorunun səhifəsində yazıb.