"Apple”ın yeni süni intellekt dəstəkli əməliyyat sistemini iyun ayında təqdim edəcəyi gözlənilsə də, onun hansı cihazlara uyğun olacağı da açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, iOS 18 yeniləməsini alacaq cihazlar məlum olub.
Keçən həftələrdə istifadəçiləri süni intellekt dəstəkli yeniləmənin gözlədiyi bildirilsə də, indi hansı cihazların yeniləməni alacağı açıqlanıb.
Bununla belə, daha az yaddaşa malik olan və güclü funksiyaları dəstəkləyə bilməyən köhnə qurğular səbəbindən yenilənmələr bütün iPhone-lara uyğun gəlməyəcək.
SE seriyası və 8 Plus və ya daha əvvəlki modellər daxil olmaqla, 2018-ci ildən əvvəl buraxılmış iPhone-lardan hələ də istifadə edən hər kəs iOS 18-ə daxil ola bilməyəcək.
Yeniləmələri qəbul etməyəcək cihazlar:
iphone 5s
iPhone 6
iPhone 6 Plus
iPhone 7
iPhone 7 Plus
iPhone 8
iPhone 8 Plus
iPhone SE
iOS 18 üçün uyğun cihazlar:
iPhone XR
iPhone 11, Pro, Max
iPhone 12, Mini, Pro, Pro Max
iPhone 13, Mini, Pro, Pro Max
iPhone 14, 14 Plus, 14 Pro, 14 Max
iPhone 15, Plus, Pro, Pro Max
Ayşən