Yaxın Şərqdəki gərginliyə görə İsveçrə Beynəlxalq Hava Yolları Sürix-Təl-Əviv reyslərini dayandırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən açıqlama verilib.
Məlumata görə, Sürix ilə Təl-Əviv arasında uçuşlar ekipajın və sərnişinlərin təhlükəsizliyi səbəbindən avqustun 8-dək dayandırılıb.
Digər tərəfdən, 29 iyulda Sürix ilə Beyrut arasında uçuşların dayandırılması avqustun 12-dək uzadılıb.
Mikayıl