Bu ay SOCAR-ın Türkiyədə ən böyük konteyner limanının təməli qoyulacaq

İQTİSADİYYAT
10:30 02.11.2013
1476

“SOCAR Türkiyə” şirkətinin İzmirin Aliağa bölgəsindəki Petkim Konteyner limanının noyabrın 13-də təməli qoyulacaq.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Socar Türkiye Enerji” şirkətinin icraçı-direktoru Kənan Yavuz bildirib.Onun sözlərinə görə, Konteyner limanına 400 milyon dollar məbləğində sərmayə yatırılacaq.K.Yavuz həmçinin qeyd edib ki, həmin gün Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin də açılışı olacaq.Qeyd edək ki, Petkim Konteyner limanının ilk hissəsinin 2015-ci ildə, ikinci hissəsinin isə 2016-cı ilə tamamlanması gözlənilir. Liman ilkin mərhələdə 1,5 milyon, sonra isə 4 milyon konteyner qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR