“Bu, Azərbaycanda ilk psixoloq intiharıdır”

“Bu, Azərbaycanda ilk psixoloq intiharıdır”
SOSİAL
11:04 26.01.2017
890

"İntihar edən psixoterapevt Dəyanət Rzayevlə bir neçə dəfə görüşüm olub. Bu da 4-5 il bundan əvvəllə təsadüf edir. O, çox savadlı, addekvat insan olub. Yəni ondan pis bir şey eşitməmişəm”.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, intihardan heç kəs sığortalanmayıb: "Yəni, bütün peşənin sahibləri intihara cəhd edə bilər. Hər bir insanın krizis vəziyyətinə düşməsi zamanı intihar etmək riski var. Təbii ki, Dəyanət Rzayevin hansı səbəbdən intihar etməsinin səbəbini bilmədiyimdən konkret nəsə deyə bilmərəm. Ancaq bir faktı da qeyd edim ki, psixoloq və psixiatrlar intihara az meyilli insanlar olur. Məndə olan məlumata görə, Azərbaycanda belə faktlar olmayıb, bu, ilk faktdır”.

F.İsmayılov onu da qeyd edib ki, nadir hallarda psixoloq və psixiatrlar intihar edirlər: "Çünki onlar riskli qrupa aid olan insanlar deyil. İntihara adətən reanimatoloq, farmokoloq və hərbçilər meyil göstərirlər. Onlar daha çox risk qrupuna aid olurlar”.

Mərkəzin direktoru eyni zamanda, ölkədə baş verən intihar hallarının sayını da açıqlayıb. O, 2015-ci illə müqayisədə ötən ildə intihar hallarının sayının azaldığını qeyd edib: "Belə ki, 2016-cı ildə 327 intihar hadisəsi qeydə alınıb. Halbuki 2015-ci ildə bu göstərici 515 olub. 2012-ci ildə isə cəmi 180 intihar hadisi olub. 2015-ci ildə intihar hadisələrinin artmasına səbəb həmin dövrdə devalvasiya prosesinin olması idi. Çünki insanların dollarla kreditləri çox idi. Keçən il isə bu problem nisbətən sabitləşdi. Həm də maarifləndirici tədbirlər də intihar hallarının sayının azalmasına şərait yaradıb”.

Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib.


///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib