“Bu Azərbaycanın müstəqillik tarixində ən böyük dövlət cinayətidir” - Partiya sədri

“Bu Azərbaycanın müstəqillik tarixində ən böyük dövlət cinayətidir” - Partiya sədri
SİYASƏT
13:14 13.02.2026
1383
"Ramiz Mehdiyev və ətrafındakı şəxslərin əməlləri Azərbaycanın müstəqillik tarixində ən böyük dövlət cinayətidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu bildirib.

O deyib ki, hər kəs öz əməlini görə qanun qarşısında cavab verəcək:

"Sapı özümüzdən olan baltaların ifşa olunması sevindirici haldır. Azərbaycanın çörəyini yeyib, suyunu içib xalqa və dövlətə xəyanət edən şəxslərin bütün əhatə dairəsi müəyyən ediləcək. İllər öncə də Ramiz Mehdiyevin "5-ci kolon”a xidmət etdiyini bildirmişdim”.

Sədr qeyd edib ki, vətənə xəyanət edən şəxslərin əhatə dairəsini genişlənəcək:

"Açılan cinayət işinin gedişində vətənə xəyanət edən şəxslərin əhatə dairəsinin daha da genişlənəcəyi istisna olunmur. İstintaq prosesi davam etdiyi üçün yekun nəticəni gözləmək lazımdır. Prezident İlham Əliyevə qarşı səhv edən hər kəs qarşısında Azərbaycan xalqını görəcək. Azərbaycan cəmiyyəti və ictimaiyyəti sözügedən cinayət işini yaxından izləməlidir ki, bu tip şəxslərin xislətini daha yaxşı tanısın”.

A.Şakiroğlu bildirib ki, heç bir əməl unudulmur:

"Vətənə və millətə xəyanətin, ümumən  heç bir cinayətin cavabsız qalmayacağını hər kəs bilməlidir. Vətənə xəyanət niyyətinə düşənlər üçün bu hadisə dərs olmalıdır. Heç bir əməl unudulmur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR