"Bu biz musiqiçilərin yaralı yeridir" - Ceyhun Qala

"Bu biz musiqiçilərin yaralı yeridir" - Ceyhun Qala
MAQAZİN
12:59 19.11.2025
69
"Azərbaycanda bütün musiqiçilərin bir tək yaralı yeri var, o da aranjemançılardır".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Ceyhun Qala deyib.
 
"İncə səhər" verilişində qonaq olan bəstəkar-müğənni onu kaprizli adlandıranlara cavab verib:
 
"Azərbaycanda bütün musiqiçilərin bir tək yaralı yeri var, o da aranjemançılardır. Keyfiyyətli iş görənlər var, amma çox az saydadılar. Buna görə də biz müğənnilər çətinlik çəkirik. Mahnının bitməsini aylarla gözləyirik. Vaxtından əvvəl istədiyi qonararı da ödəyirik, amma işi təhvil ala bilmirik. Ona görə deyirlər ki, mən kaprizli adamam. Əslində belə deyil, mən sadəcə tələbkaram. Bu da onların xoşuna gəlmir".
 
Aysel

OXŞAR XƏBƏRLƏR