11:35 Bazar Günü, 18 Noyabr 2018
SAĞLAMLIQ

“Dərmanlar həddindən artıq bahadır” - Deputat

12:16, 06.11.20181875
“Dərmanlar həddindən artıq bahadır” - Deputat
"Onkoloji xəstələrin müalicəsi üçün şiş əleyhinə alınan dərmanlara görə ayrılan büdcənin artırılmasına ehtiyac var”

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirələri zamanı deyib. O, bildirib ki, gələn ilki büdcədə şiş əleyhinə dərmanların alınması üşün 31 milyon manat ayrılıb: "Ancaq bu dərmanlar həddindən artıq bahadır. Bu vəsaitin qaldırılmasına böyük ehtiyac var”.

Komitə sədri həmçinin  elmə ayrılan vəsaitin azalmasından gileylənib: "Bu, ədalətsizlikdir. Büdcədə bu rəqəm 0,2 faiz təşkil edir. Biz bundan yuxarı qalxa bilmirik. Halbuki elmi avadanlıqların alınması, AMEA-da çalışan işçilərin maaşının artırılmasına ehtiyac var”.
XƏBƏR LENTİ