Papuada bir balıqçı kəndində istifadə edilən bu dil sıradan çıxmaq üzrədir. Dusner dilində danışanların bu qədər azalmasının səbəbi yerlilərin öz uşaqlarına daha yaxşı təhsil alıb, iş tapmaq məqsədilə Malay dilini öyrətməsidir. Dusner dili yalnız xüsusi mərasimlərdə istifadə edilir.
Qeyd edək ki, Dusner dilini Linqvistika, Filologiya və Fonetika fakultələrinin alimləri kəşf ediblər. Keçən ilin oktyabrda Professor Suriel Mofu dili öyrənmək üçün İndoneziyaya gedib. Ancaq onun səfərindən sonra bölgəni sel basıb və Suriel bu dildə danışan 60 yaşlı qadınla, 70 yaşlı iki kişinin izini itirib. Onun Dusner dilini bilənlərlə yenidən əlaqə saxladığı və dilin lüğəti, qrammatikasını hazırlamaq layihəsini başlatdığı bildirilir.
Mütəxəssislərin fikrincə, dünyada danışılan 6 min dilin yarısı qarşıdan gələn 50 ildə tamamilə unudulacaq.