Astara rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qaz tənzimləyici şkafların quraşdırılması ilə əlaqədar sabah aprelin 26-da saat 10:00-dan 17:00-dək “Astara” Qazpaylayıcı Stansiyasından və “Ərçivan” Avtomat Qazpaylayıcı Stansiyasından təbii qazın təchizatı dayandırılacaq.
Həmin müddət ərzində Astara şəhəri də daxil olmaqla, Ərçivan, Artupa, Alaşa və Səncərədi kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.