Bu gün gülüş günüdür

MARAQLI
19:10 31.03.2011
2357

Bundan əvvəl Fransada yeni ili 1 aprelde qeyd edirdilər. O zamankı rabitə şərtlərindən IX Charlesin bu qərarı ölkədə çox da yayilmadi. Məsələdən xəbərdar olan isə protest məqsədile köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onlari aprel axmaqlari kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəberlər yaydılar. Uzun illər sonra Yanvarın ilk ayı olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlerinin bir parçası kimi görərək davam etdirdilər. Oradan da bu dünyaya yayıldı.  

1 Aprel dünyanın bir sıra ölkələrində adətən əyləncə və aldatmaq günü kimi qeyd olunur. “Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir.

1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın günəşi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 aprel qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.


 

OXŞAR XƏBƏRLƏR