Bu gün uşaqların günüdür

MARAQLI
07:45 23.04.2011
2411
Türkiyənin hər bir tərəfində qələbəlik, bayram əhval-ruhiyyəsi yaşanır. Hər kəsin üzündə pak, təmiz səmimi bir uşaq təbəssümü hiss olunur və bu da təsadüfü deyil.

Türkiyə Böyük Millət Məclisinin açılışının birinci ilində qeyd olunmağa başlayan 23 aprel Milli bayramı 1935-ci il mayın 27-də Böyük Millət Məclisinin aldığı qərarla Milli suverenlik və uşaq günü elan edildi. Türkiyə Cumhuriyətinin qurucusu Atatürk həmin günü bayram kimi gələcəyin böyükləri olan uşaqlarına hədiyyə etdi.

UNESCO 1979-cu ili uşaq ili elan etdikdən sonra Türkiyənin Radio və Televiziya qurumu 23 apreli beynəlxalq uşaq günü kimi qeyd etməyi qərara aldı. Beləliklə, Atatürkün “Yurdda barış, cihanda barış” deyimi əsas tutularaq hər il dünyanın hər yerindən bu bayrama uşaqlar dəvət olunur. Kütləvi nümayişlər, oyunlar keçirilir, hər kəs milli geyimlərdə rəqslər, şerlər söyləyir, mahnılar oxuyur.

Bu möhtəşəm uşaq festivalında Azərbaycandan da çox böyük nümayəndə heyəti iştirak edir.

OXŞAR XƏBƏRLƏR