Bu ginekoloqlar işdən çıxarılacaq, həkimlik adı əlindən alınacaq - Deputatdan xəbərdarlıq

Bu ginekoloqlar işdən çıxarılacaq, həkimlik adı əlindən alınacaq - Deputatdan xəbərdarlıq
SOSİAL
11:08 25.10.2017
6062
"Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Movqe.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib. M. Quliyev bildirib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.

Deputatın sözlərinə görə, son illər selektiv abortların sayı əvvəlki illərlə müqayisədə azalsa da, hələdə dölün cinsinə görə abort hallarına rast gəlinir. M.Quliyev deyir ki, dölün ana bətnində cinsinə görə məhv edilməsi, doğulan qız uşaqları ilə oğlanlar arasında balansın pozulmasına gətirib çıxardır. Deputat selektiv abortların qarşısının alınmasının yalnız inzibati, hüquqi qaydada qadağalarla aradan qaldırılmasının mümkünsüz olduğunu bildirib: "Burada mədəniyyətin yüksəlməsi, maarifləndirmənin artması,təbliğatın aparılması çox vacibdir. Cəmiyyətdə bu istiqamətdə ciddi marifləndirmə işləri aparılmalıdır. Çünki, həkimi də selektiv aborta məcbur edən valideynlərdir. Valideynlər arasında maarifləndirmə işi genişləndirilməlidir ki, gəlib həkimləri bu işə sövq etməsinlər. Digər bir yol isə selektiv abort edən həkimlərin cəzalandırılması məsələsidir. Düşünürük ki, selektiv abort edən ginekoloqların həkimlik adından , həkimlik peşəsindən məhrum edilməsi onlar üçün ən böyük cəzadır. Ona görə də, selektiv aborta yol verən ginekoloqların həkimlik adından məhrum edilməsi məsələsini "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinə salmışıq. İnanmırıq ki, hansısa  həkim illərlə çəkdiyi zəhməti riskə atıb bu cür qanunsuz əmələ cəhd edə. Yəqin ki, ilin sonunadək bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Deputat onu da əlavə edib ki, qanun layihəsində selektiv abortlarla bağlı qadağalar xarici ekspertlərin də təəccübünə səbəb olub: "Avropa ölkələrində ümumiyyətlə doğulacaq uşağın oğlan və ya qız olacağını düşünmürlər. Ona görə də, bizdə dölün cinsinə görə ana bətnində məhv edilməsi onlarda təəccüb doğurur”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım