Bu gün 156 min dollarlıq yarışın finalıdır

İDMAN
14:34 10.05.2012
1372
Konkur üzrə Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsi sona yaxınlaşır.Atçılıq Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, mayın 8-də Bakıda federasiya tərəfindən atçılığın konkur növü üzrə CSİ - 3* kateqorityalı beynəlxalq turnirə start verilib.Xatırladaq ki, Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 000 dollardır. Yarışda Azərbaycan idmançılarıyla yanaşı Gürcüstan, İran, Finlandiya və Belçika çaparı da iştrak edir. Dünya kubokunun təsnifat mərhələsini Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edir.Yarışın ilk günü həmyerlimiz Seid Müasey bütün rəqiblərini qabaqlayaraq çempion adına layiq görülüb. İkinci pilləni isə ölkəmizi Olimpiya oyunlarında təmsil edəcək Camal Rəhimov tutub. Üçüncü yerin sahibi Azərbaycan bayrağı altında çıxış edən Patric Mcentee olub. Dünən keçirilən yarışın ikinci günündə isə Gürcüstanlı Şalva Qaçeçiladze “Saturn” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci pillənin sahibi isə “Bahar MNM” ləqəbli atla Belçikalı idmançı Jody Bosteels olub. Həmyerlimiz Patric Macentee isə “Zidane” ləqəbli atla üçüncü nəticə göstərib.

OXŞAR XƏBƏRLƏR