Bu gün Azərbaycanda Konstitusiya günüdür

MARAQLI
11:50 12.11.2011
1287
Bu gün Azərbaycan Respublikasında Konstitusiya günüdür.Konstitusiya layihəsi ümumxalq müzakirəsi üçün 1995-ci il oktyabrın 15-də dərc edilib.1995-ci il noyabrın 12-də keçirilmiş referendumda isə seçicilərin 94,8 faizi bu ali sənədin qəbul edlməsinin lehinə səs veriblər.Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.158 maddədən ibarət Konstitusiya, Azərbaycanda demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil edib. 2002-ci ilin avqustun 24-də keçiriləm referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edilib.Konstitusiyaya növbəti əlavə və dəyişikliklərin edilməsi ilə bağli 2009-cu ilin martında da ümumxalq referendumu keçirilib.

OXŞAR XƏBƏRLƏR