20:33 çərşənbə, 16 Oktyabr 2019
FOTOSESSİYA

Bu gün Azərbaycanı dünyada tanıdan modelin doğum günüdür - FOTOLAR

14:54, 08.06.20138411
Bu gün Azərbaycanı dünyada tanıdan modelin doğum günüdür - FOTOLAR

Bu gün “Best Model of Azerbaijan”nın 2006-2007-ci illər və “Best Model of the World” yarışmasının 2007-ci il qalibi olan Rüstəm Cəbrayılovun doğum günüdür.

AZXEBER.COM-un məlumatına görə, Rüstəm Cəbrayılov 1986-cı il iyunun 8-də Ukraynanın Luqansk şəhərində azərbaycanlı Abil və Sona Cəbrayılovların ailəsində dünyaya göz açıb.

O, hazırda Nyu-Yorkda model kimi fəaliyyət göstərir.Rüstəmin 5 yaşı olanda ailəsi Bakıya köçüb. Azərbaycanda orta məktəbi bitirəndən sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirəndən sonra coğrafiya müəllimi kimi işləyib.R.Cəbrayılov ilk dəfə modellik karyerasına 2005-ci ildə başlayıb. “The Best Model of Azerbaijan” yarışmasının 2006 və 2007-ci illərdə qalibi olub. O, 2007-ci ildə 90 ölkə nümayəndəsinin qatıldığı “Best Model of the World” yarışmasının birinciliyini qazanıb.Hazırda o, Nyu-Yorkda “Red Model Management New-York City” moda agentliyində model kimi çalışır.Nyu-Yorkda bir-birinin ardınca uğurlar qazanan modelimiz dünyanın ən nüfuzlu, məşhur brend kolleksiyalarının simasına çevrilib.Rüstəm Cəbrayılov açıqlamasında doğum gününü dostlarının əhatəsində qeyd edəcəyini deyib. Bildirib ki, bunun üçün o, öncə Nyu-Yorkda olan yapon restoranlarından birinə yollanacaq. Daha sonra isə dostları ilə bərabər musiqi dinləmək üçün digər məkana üz tutacaq.Model söhbət zamanı yaradıcılığından da söz açıb. Yeni layihələri ilə həmvətənlərini sevindirəcəyini də deyib.

XƏBƏR LENTİ