Bu gün Azərbaycanın Xalq artisti 78 yaşını qeyd edir
MƏDƏNİYYƏT
09:06 04.04.2013
1552
Bu gün Azərbaycanın Xalq artisti Muxtar Maniyevin doğum günüdür. 157 filmdə, 20 tamaşada rol alan, sadəliyi, səmimiliyi ilə seçilən, uzun müddətdir ki, efirlərdə görünməyən xalq artsiti Muxtar Maniyev bu gün 78 yaşını qeyd edir.Muxtar Maniyev 1935-ci ildə Bakı şəhərində doğulub. Aktyorun kinoya gəlişi “Koroğlu” filmi ilə olub. Hüseyn Seyidzadənin bu filmində Maniyev dəmirçi oğlu Poladı canlandırır. Daha sonra “Bizim Cəbiş müəllim”, “Ölsəm bağışla”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, “Bakıda küləklər əsir”, “Babək”, “Nəsimi”, “Qərib cinlər diyarında”, “İnsan məskən salır” kimi ekran əsərlərində yadda qalan obrazlar yaradıb. Filmlərdə bəzən fırıldaqçı, bəzən dəyərli insan kimi görünərək silinməz iz qoyub.