Bu gün azərbaycanlı şairin yubileyidir

MƏDƏNİYYƏT
00:30 01.04.2013
1524
Bu gün şair Əli Hacı Ağaevlinin 50 yaşı tamam olur. AZXEBER.COM-un məlumatına görə, bir çox kitabların müəllifi olan Əli Hacı Ağevli "Varlıq" təşkilatının yaradıcılarından olub.Dəyərli Dostumuz Əli Bəy!Siz bu 50 illik ömür yoluna çağdaş dünyamızda milli-mənəvi dəyərlərimizə söykənərək şərəfli, həm də mübariz bir yolla gəldiniz.Siz keçən əsrin axırlarında müstəqilliyimiz uyğunda mübarizə aparmaqla yanaşı, həm də hərəkatımızın ilk işartılarından olan, "Varlıq" təşkilatının yaradıcılarından oldunuz.Heç bir təmənna güdmədən sonrakı dövrlərdə də ictimai fəaliyyətinizlə "Dünya Azərbaycanlıları Konqres"i adlı Beynəlxalq Diaspora təşkilatında Azərbaycan həqiqətlərini Beynəlxalq ictimaiyyətə çatdırmaqla fədakar mübarizə aparmış, gənclərin bu işə cəlb olunmasinda maddi və mənəvi dəstəyinizi əsirgəməmisiz.Bu 50 illik yaş dövründə siz həm də özünüzə məxsus xüsusi üsluba söykənən yaradıcılıqla bağlı olmusunuz, gələnəkli şeir tərzinə sığmayan öz söz deyim tərzi oldugunuzu sübut etmisiniz.Dəyərli Dost!Sizi Manaf Vaqif və kollektivimiz adından 50 illik yubleyiniz münasibətiylə təbrik edirik.AZXEBER.COM şairin bir neçə şeirini təqdim edir:Durum gedimDöyməyə qapı qalmadıÜrək açmağa adam.Bizi sabahlara ötürənGedənlər də gəlmədi!Durum gedim!Hər gecə səhərin xəstəsiKönlüm sabahlardan da bezirHər günGəzdiyim yollarımdaTənhalığım gəzir.Gəzdiyim yollarımƏl üzdüyüm yollarımDurum gedim!Buluda bax! İlahi!...Əlləri göydən üzülübYer də götürə bilmir.Mən çoxdan ölmüşünYanına adamlar yığılıbYerdən götürə bilmir,Durum gedim!***Sən və mənSən dənizMən çay olmuşam,Gəlib sənə qovuşmağa.Sən torpaq,Mənsə göy olmuşam,Bulud-bulud ağlamağa.Sən sevinc,Mənsə kədərKimi gəlmişəm,Qoynunda yer almağa.Sən olum,Mən ölüm,Gəlmişəm sən olmağa***Bu gün çağır hamınıBoynu bükük sevgiləriYaşatmağa.HamınınŞərab doldur canına.SonraTanrıdan başqa yoxluğunaInandır hamını.***Sən ah çəkdinMən üşüdüm.Çəkdiyim aha gurladımÜşüdüm –ayrılığaAğladım-tənhalığa.Sənin ayaqlarınınAltı torpaqdı deyəÖzümü verdimÖlüm adlı varlığa.***Başqa sevgim qalmadıVerdim olanı yemisən.Mən doğru bilib verdim,Sənsə yalanı yemisən.Soyutmağa verməmişəmQaytar elə isti onu.Yaz ürəkdən sevməmişəm,Qaytaranda üstün onun.***Çıxart vaxtımın içindənO zəhrimar soyuqluğunu.Çıx vaxtınınMənsiz üşüyən qırağınaGüzgü tut üzünə günahlarının!Səma da təmiz olmur,Hər vaxtın içindəKor Ərəbin mahnısınaQovrulan tək qovrulursan,Saralmış bəxtinin içində!...***Sənsizliyin içindən çıxıbAy işığına tutdum üzümü.Xeyirlə şərin qarışığınaGöz yaşımla yuyurdumÜzümü.Sakit havanın ağzınaÇəkdiyim ah-Isti nəfəsim dolurdu.Didərgin baxışlarıma,Sürgündəki sevgiməBu gecəAdamlığımı yonurdum!...***Çıx get,sən Allah çıx getÇaylar dənizə qovuşan təkiqovuşa bilmədik.Çıx get!Duman dərələrdə itən təkiÇıx get!Bölüb verirdim sənəolan sevgimi tikə-tikəAc xəyallarımdan keçirdiSən də yeyəsən bəlkə…Çıx get!Bulanıq suları axan sulara buraxdım .IndiTanrıdan başqa kimsəyə yox vaxtım-Çıx get…!***Sevirik təkliyi bir ola-olahər gün tənhayıqhər gün görüşmək arzusundayıq,budaqlar yarpağa,yağışlar torpağa həsrət təki.Çoxdan qovuşmuşuq taleyimizləQovuşa bilmirik təkliyimizlə.Bu da bir gözəllikgündə bir yerdəyikancaq tənhayıq,təkik.Elə beləgözlə hər gün məni,mənim dərdim sənin bəxt üzüyündüsal ürəyinə tanıyım səni…

OXŞAR XƏBƏRLƏR