Bu gün "Sevda" ilə vidalaşacaqlar

MƏDƏNİYYƏT
11:48 05.08.2015
2527
Avqustun 4-də vəfat etmiş Azərbaycanın əməkdar artisti Tanilə Əhmərova ilə vida mərasimi bu gün saat 13:00-da Təzə Pir məscidində keçiriləcəkdir.
Oxu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
İyunun 1-də 65 yaşı tamam olan aktrisa 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərdə rol alıb, onun çəkildiyi filmlər "Sevinc buxtası" "Şir evdən getdi", "Üzü küləyə", "Qaynana", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İlıq dənizdə buz parçası", "İşarəni dənizdən gözləyin", "Portağal" (Ukrayna), "Hər şeydən əvvəl düzlük" (Özbəkstan), "Dağıdılmış körpü" (1996) və s.
Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR