Bəzi insanlar öz ətraflarından layiq olduqları dəyəri və hörməti görmədiklərini düşünürlər.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin məşhur psixoloqu Beyhan Budak öz youtube hesabında paylaşım edib.
O, paylaşımında həmin xoşagəlməz halları açıqlayıb:
- Ehtiyaclarınızı dilə gətirməkdən çəkinməyin.
Fərz edin ki, dostlarınız dincəlmək üçün hər hansı bir restorana getmək istəyirlər. Məkan barədə sizdən də fikrinizi soruşanda, siz cavabında "Hara istəyirsinizsə gedək, fərq etməz” deyirsiniz. Bununla belə ətrafınızdaki insanların sizin yerinizə qərar verməsinə şərait yaradırsınız. Nəticə etibarilə bu hal bir neçə dəfə baş verəndə, bir sonraki səfər artıq hara getmək barədə sizdən fikrinizi soruşmayacaqlar. Çünki ağıllarında belə bir şablon yaranacaq: "Onu hara aparsaq onsuzda gələcək, onun şəxsi fikri yoxdur və s.”.
- Sizə pislik edən insanların etdiklərini həmin an unutmaq.
Bağışlamamaq bizə psixoloji olaraq mənfi təsir göstərir. Ancaq bağışlayan zaman da aranızdaki məsafəni qorumağa çalışın. Çünki ətrafınızda olan hər hansı bir nəfər sizə pislik edibsə və bunu bilə-bilə heç nə olmamış kimionu yenidən yaxınınıza buraxırsınızsa, həmin şəxsin sizə yenidən pislik etməsinin ehtimalı böyükdür. Əsas prinsiplərdən biri unutmamaqdır. Bağışla amma unutma.
- Mənliyinizlə münasibətiniz arasında qalanda mənliyinizi seçin.
Böyük ehtimal biri ilə münasibətdə olan zaman yaranan mübahisədə iki seçim arasında qalırsınız. Ya mənliyinizi, ya münasibətinizi seçməli olursunuz. Münasibətinizi seçsəniz böyük ehtimal ki, öz mənliyinizi itirmiş olacaqsınız. Və zaman keçdikcə özünüzə olan sayğınız azalacaq. Mənliyinizi seçmək isə, bəlkə də dəyər verdiyiniz birini itirməklə nəticələnsə də, mənliyinizi və qürurunuzu qorumuş olacaqsınız. Və özsayğınız zərər görməmiş olacaq. Əlinizdən gələn hərşeyi etmək qarşı tərəfə siz onlara möhtacsınız kimi mesaj ötürür. İtirmə qorxusuna qalib gələrək, gələcəkdə sənə dəyər verən insanları həyatına almaq ehtimalın daha yüksək olacaq. Bir insana özünü daha çox ifadə etdikcə, əslində o insanın gözündən düşürsən.
Etdiyiniz ən böyük səhvlərdən biri də insanlara sərhədsiz güvənməyinizdir.
Çünki unutmamalısınız ki, gözləmədiyiniz anda gözləmədiyiniz insanlar sizə zərər vura bilərlər. Əgər hər kəsdən hər şey gözləmə prinsipi ilə yaşasanız bu sizin yerə daha sağlam addım ata bilmənizə səbəb olacaq.
Sizi qıran və incidən şeyləri dilə gətirin.
Təsəvvür edin ki, hansısa dostunuzla birlikdəsiniz. Bir anda sizin kilonuz və ya narahat olacağınız bir şey haqqında danışmağa başlayır. Bu şey sizə mənfi təsir edirsə və cavabında heç nə demirsinizsə, həmin insan fikirləşəcək ki, bu sizin vecinizə deyil və bunu davam etdirməyə başlayacaq. Ona görə də vaxtında bunun qarşısını almaq üçün narahat olduğunuzu dilə gətirin.
Oksana Orucova