Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 84 min 791 ədəd avtomobil idxal edib.
AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,10 ayda ölkəyə gətirilən avtomobillərin 76 min 956 ədədi minik avtomobilləri olub.Hesabat dövründə ölkəyə 6 min 408 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri gətirilib.10 ayda idxal olunan xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı 737 ədəd təşkil edib.Yanvar-oktyabr ayları ərzində həmçinin 690 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.