Qadınların vurulma ehtimalı olan kişilər ölkədən deportasiya ediliblər.
Xalq mədəniyyəti festivalında iştirak etmək üçün BƏƏ-dən Səudiyyə Ərəbistanına gələn kişilər ölkədən çıxarılıb. Buna onların hər hansı qayda qanunu pozması yox, həddindən artıq yaraşıqlı olmaları olub. Şəriət qvardiyasının polisi nümayəndə heyətindən olan 3 kişini saxlayıblar. Qvardiya nümayəndəsinin sözlərinə görə, kişilər "çox yaraşıqlı" olduqları üçün sərgidə iştirak edən qadınlar onlara vurula bilərdilər. Daha sonra isə saxlanılan şəxslər ölkədən deportasiya ediliblər. (anspress)