06:40 şənbə, 18 Avqust 2018
İDMAN

"Bu komandanı nəticə qazanması üçün hazırlayırıq" - Qurban Qurbanov

23:59, 29.05.20187826

Millimizin baş məşqçisi Qurban Qurbanov Qırğızıstanla keçirilən yoxlama oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə matçı dəyərləndirib.

- İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı. Nəticə mənim üçün vacib idi. Futbolçularımı təbrik edirəm.

- İlk hissəylə ikinci hissədə fərqli oyun sizin tapşırığınız idi?

- Futbolda belə bir psixologiya var. Qol vuran komanda rahatlanır. Məğlub durumda olan komanda isə tam fərqli. Futbolçularım bu oyunda mənim rəhbərliyim altında ilk qələbəni əldə etmək istəyirdilər. İkinci hissədəki əvəzetmələr də uğurlu alındı. Bu oyunda demək olar, düşündüyümüz bütün epizodlarla qarşılaşdıq. İkinci hissədə bəzi tapşırıqlar verdim. Daha cəld oynamağa başladıq. İlk hissədə isə istədiyimiz hücumları qura bilmirdik.

- Bu gün komanda hücum futbolu oynadı. Qarşıdakı iki oyunda yığmamızın ifasında da bu cür futbol izləyə biləcəyik?

- Çalışıram, hər oyunçunun potensialına yaxşı bələd olum. Biz bu komandanı nəticə qazanması üçün hazırlayırıq. Bəzən rəqiblərin gücü istədiyimiz oyunu sərgiləməyə mane olur. Hərdən nə qədər hücum futbolu sərgiləmək istəsək də, rəqibin oyunu buna imkan vermir. Buna görə, hücumda nə qədər yaxşı futbol sərgiləsək də, müdafiədə də etibarlı oynamaq laızmdır.

- Komanda neçə faiz hazırdı?

- Deməzdim, tam hazırıq. Hələ çox çalışmalıyıq. İlk hissədə də hücumlarımız olsa da, dəyərləndirə bilmədik. Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdır.

- Prosineçkinin dövründə Dmitri Nazarov cinahda oynayırdı. Siz isə ona mərkəzdə şans verdiz. Nəzərə alsaq ki, Almeyda da mərkəzdə oynayır, gələcəkdə Nazarovu əvvəlki mövqeyində görə bilərik?

- Onlar fərqli oyunçulardır. Səhv etmirəmsə, Prosneçkinin vaxtında da Nazarov mərkəzdə oynayıb. Onun potensialına bələd olduğum qədər deyə bilərəm ki, Nazarovun oyunu mərkəzdə daha yaxşı oynayır.

 

- Komandada taran tipli hücumçu problemi var. Bu problemi həll etmək üçün millidə yeni futbolçu, məsələn Rüfət Dadaşovu yenidən yığmada görə bilərik? 

- Alternativ variantlar barədə düşünürük. Nə qədər mümkün olacaq, gələcəkdə görəcəyik.

- Belə söz-söhbət var ki, Rahil Məmmədov, Cavid İmamverdiyev və Filip Ozobiç "Qarabağ"a keçəcək...

- Harda gedən söz-söhbətə görə? (gülür) Gəlin, bu gün millidən danışaq. Onlar bizim transfer siyahımızda var. Bəzən olur ki, futbolçunu transfer etmək mümkün deyil, lakin onu transfer siyahımızda saxlayırıq.

- Pavel Paşayevin zədəsi ciddidi?

- Bu cür zədəyə ciddi də demək olar, deməmək də. Riçard Almeydanın zədəsindəndisə, ciddi demək olar.

XƏBƏR LENTİ